Müğənni Əminə Şirin Xəzər TV-də yayımlanan “Şourum” proqramında qonaq olub.
SHOWNEWS.AZ xəbər verir ki, son işıq üzü görən mahnıları dəyərləndirən sənətçi müğənni Xatun Əliyevaya verdiyi reaksiya ilə diqqət çəkib.
“Adi insanların içərisində müğənni olmayıb, başqa peşənin sahibi olanlar elə gözəl züm-zümə edir ki, deyirsən, dəqiq müğənni deyilsən? Deyir, yox, mən özüm üçün oxuyuram. Bax bu xanım da züm-zümə edənlərin sırasındadır. Səsini bəyənmirəm. İfa etmək başqa bir şeydir, züm-zümə etmək başqa. O, züm-zümə edir, nəinki ifa. Hansı bir ifası var? Canlı bir ifası var efirlərdən? Təəccübləndirin məni, xahiş edirəm. Bizim qızlardan “W Trio”dan Elnarənin də var, Natavanın da var, elə o danışmadığımın da var (Səidə Sultan – red.). Oxuduğu mahnılar da həmçinin”.
Proqramın aparıcısı Afaq Gəncəli isə “Amma biz bir məclisdə olmuşuq, eşitmişdim, amma musiqiçi kimi bilmirəm”, - deyə, Şirinə cavab verib.
Sənətçi isə “Məclis oxuya bilmək və oxuya bilmək ayrı bir şeydir. Mən sənətçilər tanıyıram ki, adam oxuya bilmir, amma məclisi elə gözəl ələ alır ki... Amma gəl ki, səhnədə səliqəli bir mahnı oxumaq onluq deyil”, - deyə, aparıcıya cavab verib.