
“Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının müğənni həyat yoldaşı Doğuşa etdiyi hədiyyə türk mətbuatının gündəminə düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə “2-ci sayfa” maqazin verilişində qonaq olan Doğuş deyib.
Verilişin aparıcıları Müge və Gülşənin “Qolunuzdakı saat hamının diqqətini çəkib. 600 min lirə (təxminən, 64 min 467 manat) olduğu deyilir. Saatı özünüz, yoxsa həyat yoldaşınız alıb?” sualına sənətçi belə cavab verib:
“Saatım orijinaldır, qiymət barədə danışmaq istəmirəm. Mənə daha çox həyat yoldaşım hədiyyə alır. Bahalı əşyalar almağı sevmirəm. Özəl günlərdə bir-birimizə hədiyyələr alırıq. Saatı doğum günümdə alıb”.