Stilist Elnur Həsənov Əməkdar artist Tünzalə Əliyeva haqda sirr açıb.
SHOWNEWS.AZ xəbər verir ki, o, bu haqda "Deməsəm olmaz" proqramında danışıb. O bildirib ki, hazırda xərçəngdən əziyyət çəkən "Toppuş bacı" ləqəbli aktrisa xəstəliyini bilə-bilə mədəkiçiltmə etdirib:
"Hər zaman mədəkiçiltmədən danışanda "Toppuş bacı"nı misal çəkirlər ki, ziyandır. Amma xanım o vaxt əməliyyata girəndə bu xəstəliyi var imiş. Ona bu haqda deyilib, amma bilə-bilə etdirib. Bu gün o, bunu gizlədir".
Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa bir neçə ildir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı. Hazırda isə şiş onun sümüyündə aşkarlanıb.