“Həyat yoldaşım xaricdədir. Biz ayrı yaşayırıq. Hər ikimizin də vəziyyətimiz yaxşıdır. Getmək istəmirəm. Mənim üçün bura daha rahatdır. Gələcəkdə uşaqlarım istəsələr, atalarının yanında Amerikada yaşayarlar. Dəfələrlə cəhd etdim Amerikaya getməyə, sadəcə alınmadı. Hər şeyi zamana buraxıram”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aytac Vidadiqızı “MTV maqazin” verilişinə müsahibəsində deyib.
Aytac Vidadiqızı müsahibəsində həyat yoldaşı ilə boşanma xəbərlərinə də münasibət bildirib.Sujeti aşağıdan izləyə bilərsiz.