Tanınmış müğənni Dəniz Əsədova Rusiyaya köçüb. Bu haqda müğənni özü SHOWNEWS.AZ-a açıqlama verib. O, bu qərarı verməyin asan olmadığını bildirdi:
"Rusiyada əslində özümü qürbətdəki kimi hiss etmirəm. Burada çoxlu dostlarım, tanışlarım, qohumlarım var. Özümü evimdəki kimi hiss edirəm. Amma Azərbaycanı hədsiz sevirəm. Gəlməmiş artıq Rusiya toylarına dəvət almışam. Bu sevgi sənətçini daha da sevindirir. Mən ailəvi məclislərdə çıxış edən ifaçıyam. Mən bəziləri kimi kabinetlərdə mahnı oxuyanlardan deyiləm".
Müğənni Moskvada yaşayacağını da əlavə edib.
"Mənim burada da evim var. Kirayədə qalmıram. Toylarımız da var. Allah xalqımızın ruzisini versin".