Tanınmış influenser Aysel Şükür “Location” klubdan yenidən şikayətçi olub.
SHOWNEWS.AZ xəbər verir ki, partlayış zamanı 3-cü dərəcəli yanıq xəsarəti alan bloger bu barədə sosial media hesabında yazıb:
“Uzun müddətdir bu barədə açıqlama vermək istəyirdim. Bədənimin müxtəlif yerləri partlayışda yanıb əsas da ayaqlarım. Uzun müddət müalicə almışam. Amma klub rəhbəri Elşən mənə dəymiş ziyanı qaytarmır. Nə yanğında itən telefonlarımın pulunu, nə də xəstəxana xərclərimi vermirlər. Təkcə mənim yox, nə qədər şikayətçi var onlardan. Heç kimin pulunu vermirlər!
Yalandan mənə dedilər 15 gün möhlət verin, artıq bir ayı keçib. Lazımi yerlərə şikayət vermişəm. İnşallah layiqli cəzaların taparlar. Axırda mənə açıq şəkildə bəyan etdilər ki, get hara istəyirsən, şikayət elə. Mənə dəymiş ziyanı qarşılamaq istəmirlər”.
Qeyd edək ki, partlayış Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda qeydə alınmışdı. Nəticədə 1 nəfər nəfər dünyasını dəyişmiş, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.