“Ağlı başında olan adamlar bilir ki, antik maşının nə qiyməti ola bilər? Bunu da şişirdirlər. Burda nə var ki? Bahalı maşın deyil, normaldır. Mən Manafam, “07”, “06” sürüm? Onlara da minmişəm, indi müğənniyəm, yaxşı maşınım olmalıdır”.
SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri “Şourum”a açıqlamasında müğənni Manaf Ağayev deyib.
Sənətçi bildirib ki, geyimə çox pul xərcləməyi də sevmir:
“2000-2500-dən yuxarı qiymətə kostyumum olmayıb. Nə üçün buna 5-10 min verim? Həmin qiymətə 8-10 dənə kostyum tikdirərəm. Biznesim, obyektim yoxdur. Toy var gedirəm, olmayanda da getmirəm. Mən sıravi bir müğənniyəm, bütün nəsil üzərimdədir. Sadəcə ağlamıram, sızlamıram, bu da camaatı çaşdırır. Amma bilmirlər ki, toya məndən ikiqat baha qiymətə gedənlər var. Mən imkanlı adam deyiləm”.