Türkiyəli müğənni Mustafa Sandalla nişanlısı Melisa Sütşurup nikah masasına əyləşib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük Romada baş tutan xoş günündən fotoları sosial şəbəkədə paylaşıb.
Sənətçinin toyu isə 10-12 iyun tarixlərində Marmarisdə keçiriləcək. Sandal 80 nəfərlik qonağının otelə gəlişi, gecələməsi və toy xərcləri üçün ümumi olaraq 100 min avro (təxminən 176 min manat) xərcləyəcək.
Qeyd edək ki, M.Sandal daha öncə müğənni Emine Yahoviçlə evli olub.