“Barselona”nın müdafiəçisi Jerar Pike və kolumbiyalı müğənni Şakira ayrıldıqlarını açıqlayıblar.
SHOWNEWS.AZ xəbər verir ki, cütlük birgə bəyanatla ayrıldıqlarını təsdiq ediblər:
“Yollarımızı ayırdığımızı təsdiqlədiyimizə görə təəssüflənirik. Bizim əsas prioritetimiz olan uşaqlarımızın rifahı naminə, şəxsi həyatımıza hörmət edilməsini xahiş edirik. Anlayışınız üçün təşəkkür edirik”.
Qeyd edək ki, cütlüyün ayrılmasına səbəb futbolçunun xəyanəti olub. Pike və Şakira 2011-ci ildən münasibətdədirlər, lakin onlar rəsmi nikahda deyildilər. Cütlüyün Milan (9 yaş) və Saşa (6 yaş) adlı iki övladı var.