"Məni tanıyanlar bilir ki, istiyə dözə bilmirəm. Bir az da nişanımın həyəcanı var. İsti vurdu məni. Gəldim Moskvaya sərinləməyə. Şükür ki, buralar hələ qızmayıb".
SHOWNEWS.AZ xəbər verir ki, bu açıqlamanı sosial şəbəkə fenomeni Bayram Nurlu edib. O, yayı Bodrumda keçirəcəyini də əlavə edib:
"Xeyir işim onsuz Bodrumda olacaq. Yayı düşünürəm tam olaraq dəniz sahili lüks oteldə qeyd edək. Ancaq bay həftəsini sevdiyim şəxslə baş-başa ikimiz olacağıq. Daha sonra qaynatam və qaynanam da bizə qoşulacaq. Mən hoteldə kotec tutmaq istəsəm də, qaynatam bir mərtəbəni tam bağlatmaq istəyir. Özünə də dedim bu artıq məsrəfdir. Deyir təki balamın ailəsi xoşbəxt olsun"