Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Şüuru özünü idarə etməyən qadın uşaq doğmasın" - Nüşabə Ələsgərli

"Şüuru özünü idarə etməyən qadın uşaq doğmasın" - Nüşabə Ələsgərli

"İstəyirəm qanun çıxarılsın ki, şüuru özünü idarə edə bilməyən qadınlar bir dəfə doğsun, daha yox. Elə bir şey edilsin ki, uşaq dünyaya gətirməsin. Elə bil xalq, ölkə bunları öhdəliyinə götürüb ki, sən uşaq dünyaya gətir, biz baxacağıq. Uşaq doğma. Sən doğ Xoşqədəm, xalq baxacaq".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Səni axtarıram" proqramında deyib. Müğənni verilişə gələn Günel adlı qadınla mübahisə edib. İfaçı uşağını kimsəsiz uşaq evinə qoymaq istəyən qadını tənqid edib:

"Sənə heç kimin fikri önəmli deyil. Burada nə danışıram bilirəm. Elə bil sənə camaatın borcu var".

Günel adlı həmin xanım isə vəkilə müraciət edərək N.Ələsgərlini məhkəməyə verəcəyini söyləyib. O bildirib ki, sənətçidən təzminat tələb edir.