Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Aysunun o oğlanla ailə qurmasına qarşı idim” - Rəqsanədən ŞOK AÇIQLAMA

“Aysunun o oğlanla ailə qurmasına qarşı idim” - Rəqsanədən ŞOK AÇIQLAMA

Müğənni Rəqsanə İsmayılova kürəkəni Eşqinin qızı Aysunla evlənmələrinə öncə qarşı çıxıb. Bu haqda sənətçi "Şourum" verilişinə açıqlamasında deyib. R. İsmayılova sonra məhəbbətin qalib gəldiyini vurğulayıb.

"Həyat yoldaşım Fazil Əmiraslanov istədi ki, Eşqinlə özü şəxsən görüşsün. Elə də oldu. Onlar görüşdülər. Eşqin Fazil bəylə danışdı. Eşqini birinci mən tanımışam. İlk başdan onların evliliyinə razı deyildim. Sonra gördüm ki, "Onların sevgisinin qarşısını kəsə bilmərəm".

İsmayılova haqqında sosial şəbəkələrdə yazılan "Qaynanadır, amma açıq-saçıq geyimlər geyinir, "Kürəkənin var..." rəylərə də münasibət bildirib.

"Mən müğənni adamam. Mənim 100 kilo çəkim yoxdur ki, açıq-saçıq geyinməyim. Burada nə var ki?! Rusiyada yaşayıram. Qısa ətək də, şort da geyinə bilərəm. Deyirlər ki, kürəkəni var, şort geyinir. Eşqin isə deyilənləri gülüşlə qarşılayır. Eşqin söyləyir ki, "Ay müdir, keyf elə, nə istəyirsən geyin".

R.İsmayılova oğlu Muhammədə tezliklə Bakıda kiçik toy edəcəyini də açıqlayıb.

"Daha iki ay Azərbaycanda olacağam. Oğlum Muhammədə kiçik toy edəcəyəm. Buna görə də burada işlərim çoxdur. Kiçik toyda Türkiyədən də, Rusiyadan da müğənnilər iştirak edəcək. Az sayda seçmə sənətçilərimiz də oğlumun özəl gününə dəvətlilər sırasında olacaqlar".

Qeyd edək ki, iş adamı Fazil Əmiraslanovla evli olan R.İsmayılovanın bir neçə il əvvəl əkizləri doğulub, onlardan biri dünyasını dəyişib. Müğənninin hazırda dörd övladı var.