Xəbər verdiyimiz kimi, aprel ayında müğənni Dəniz Əsədovanın evində xadimə kimi çalışan Mirzəzadə Minayə sənətçinin evindən oğurluq etsə də, 2 aydan çoxdur işə baxılmır.
Bu haqda müğənni SHOWNEWS.AZ-a danışıb. Müğənni əmtəəşünaslığın eksperziya rəyinə görə polisin işə başlamadığını bildirib:
"Evimdən qızıllarım, səhnə geyimlərim, uşağımın paltarlarına kimi oğurlanıb. Əmtəəşünaslıq rəy verib ki, 70 manat dəyərindədir. Bu səbəbdən də cinayət işi balanılmır. Səbəb də göstərilir ki, şəxs öz paltarlarını aparır.
Halbuki oğurluğu əks etdirən videogörüntü, yazışmalarda hər şeyi boynuna alır.
21 minlik oğurluq etdikdən sonra 1 saç maskası, 1 çemodan və planşetimi qaytarıblar ki, xadimə guya mənə deyib evimdən götürüb".
Öncəki xəbərə keçid linki http://m.shownews.az/news/show/8031-xadime-sevgilisi-ile-elbir-olub-mugenni-deniz-esedovanin