Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Heç vaxt ağlıma gəlməz ki, həyat yoldaşım mənə xəyanət edər...” - Toppuş bacı

“Heç vaxt ağlıma gəlməz ki, həyat yoldaşım mənə xəyanət edər...” - Toppuş bacı

"Uzun müddətdir nə xınayaxdı var, nə də dəvətlər. Bəlkə də xınayaxdı var, amma mənə dəvətlər gəlmir. Özümü məcburi insanlara təklif etdirə bilmərəm axı. Yəqin ki, ev yiyələri istəmir, dəvət etmir. Çağırsalar gedərik, amma hazırda çağırmırlar. Bu hal əlbəttə ki, məni üzür. Xınayaxdı maddi vəziyyətimə də təsir göstərir".

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa, əməkdar artist Tünzalə Əliyeva deyib. O daha sonra əlavə edib.

"Xəstələnəndən sonra xınayaxdı məclislərim azaldı. Belə düşünürəm ki, onları xəstə adam qane etmir. Və yaxud da mənə əziyyət vermək istəmirlər, qıymırlar. Deyirlər ki, xəstə adamı niyə dəvət edim ki? Kimin də xınası varsa Allah ruzisini versin. Heç kimə paxıllıq etmirəm, hamının halal xoşu. Xınayaxdı mərasimini aparmaq da asan iş deyil. 3-4 saat meydanı tək qoymamalısan" deyə sənətçi bildirib. 

"Tünzalə xanım xəyanəti bağışlayar?"sualına isə aktrisa belə cavab verib.

"Hələ ki, xəyanətlə rastlaşmamışam deyə, bilmirəm ki, münasibətim necə olar. Heç vaxt ağlımın ucundan keçməz ki, yoldaşım mənə xəyanət edər. Bəziləri xəyanəti bağışlayır, bəziləri isə bağışlamır. Bu nisbi bir anlayışdır" deyə aktrisa bildirib.