Sosial şəbəkə fenomeni Bayram Nurlu zəhərlənib.
Bu haqda SHOWNEWS.AZ-a danışan Bayram özünü çox pis hiss etdiyini açıqladı:
"Mədəmi də yuyublar. Yenə də pisəm. Hələ özümə gəlməmişəm. Restoranda dincəlirdim. Masama hər şey gətirdilər. 10 qarpız kəsdilər mənim üçün. Heç ürəyimdən qarpız keçmirdi. Nə qədər istəmirəm desəm də, dedilər bizim restorana gəldiyiniz üçün sizin şərəfinizə kəsirik. Məcbur qalıb yedim. Ürəyimə danmışdı".
Bayram həmçinin gözə-nəzərə inandığını da açıqladı:
"Nişanım öncəsi çoxlu xəbərlər yayıldı. Bəziləri qaynatamın mənə sevgisini, qayğı və diqqətini sanki qısqandı. Gözə-nəzərə gəlmişəm bəlkə də".