
Xalq artisti Röya Ayxan bahalı və lüks geyimi, aksesuarları ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, "geyim-keçimə" xüsusi önəm verən sənətçi üzərində sərvət daşıyıb desək, heç də yanılmarıq.
Belə ki, Xalq artisti bu dəfə "Dior" markasına aid "look"da bərq vurub. Röya qızmar istiyə rəğmən əyninə sözügedən markanın 3600 dollarlıq (təxminən 6120 manat) ağ və mavi rəngin qarışığı olan sviterini geyinib.
Üst hissəsini tamamlamaq üçün pop ulduz dəyəri 4130 dollara (təxminən 7013 manat) eyni çalarda uzun ətəkdən istifadə edib. Obrazının "qışqıran aksesuar"ı isə 4327 dollarlıq (təxminən 7346 manat) orta ölçülü qırmızı çantası olub.
Ümumi olaraq Röya Ayxan bu obrazına nə az nə çox düz 20479 manat pul xərcləyib.