Müğənni Nura Suri “7 özəl” proqramında müğənnilərin tərzlərini dəyərləndirib
Sənətçi Xalq artisti Tünzalə Ağayevanın dəyişən tərzi ilə bağlı bunları söyləyib:
“Tünzalə xanımdan o dəyişimi gözləmirdim. Özü də geyinmirdi, başqalarında da açıq-saçıqlığı qəbahət görürdü. Onda belə xasiyyət var, hamıya mız qoymağı sevir. Hazırda geyimləri ilə seçilir. Hər dəfə də düzgün şəkildə libasına uyğun açıq geyinir. Öz bədənini bilir, özünə güvənir, idmanla məşğul olur.
Çərçivələri qırdı, dəyərləndirildikdən sonra özünə güvəni daha da artdı. Çox da uğurludur. Gələndə də başı bağlılığı ilə obraz yaradırdı. Bu gün ulduz kimi adının sanbalını qoruya bilir”.