Xalq artisti Kazım Abdullayev şantaj olunur.
BAKU.WS xəbər verir ki, bu barədə aktyorun özü məlumat verib.
"Məni erotik videolarla şantaj edirlər! Pul tələb edirlər. Bu nə mənim yaşıma, nə də statusuma yaraşmayan bir işdir. Hamınız məni gözəl tanıyırsınız. Mənim bu ağır vaxtımda - qardaşımı, bacımı itirdiyim bir zamanda üstümə gəlirlər. Kimin mənə qarşı təxribatı olduğunu bilmirəm. Əgər pul verməsəm, dostlara videonu göndərəcəkləri ilə şantaj edirlər”.
Aktyor hüquq mühafizə orqanlarından da ona kömək göstərməyi xahiş edib.