Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Tələsdim evləndim, artıq sevgim yoxdur” - Aytac Vidadiqızı

“Tələsdim evləndim, artıq sevgim yoxdur” - Aytac Vidadiqızı

"Tələsdim, tez qərar verdim evlənməkdə. Yanıldığım günlər, hadisələr oldu. Elə məsələlər oldu ki, seçimimi düzgün etmədim. Həyat yoldaşım, Azərbaycan yox, Türkiyə vətəndaşıdır. Onunla həmyaşıdam. Bakıda tanış olmuşduq. Vasitəçi oldu, bizi tanış etdi. Belə vəziyyətə gəlib çıxmağımızda isə günah məndə deyil, qarşı tərəfdədir. Çox fədakar qadınam. Hər şeyə razılaşdım və bütün gücümlə onun yanında oldum. Artıq sevgi yoxdur, onu da sevmirəm. Təəssüf ki, sevib, yanmışam".

Bu sözləri mərhum müğənni Vidadi Bərdəlinin ifaçı qızı Aytac Bərdəli qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.

Türk vətəndaşı, iş adamı Can Bekirlə ailə quran sənətçi, həyat yoldaşı ilə ailə bağlarının qırıldığını açıqlayıb:


"Saf sevgiyə inanmıram. Əgər sevgi olsaydı, davam edərdi. Sevgi həyat yoldaşım tərəfdən yoxdur. İki uşağım var. Biri qız, biri oğlan. Onlar yanımdadır. Qadın olaraq özümü çox güclü hiss edirəm. Onlara həm atalıq, həm də analıq edirəm. O uzaqdadır (red. ABŞ). Biz artıq ailə deyilik. Zəng edir, danışırıq. Bizim bütün bağlarımız qırılıb. Birləşməyimiz isə qeyri-mümkündür".