"5 il əvvəl plastik əməliyyat etdirdim. İkinci dəfə ana olandan sonra kilo verdim. Nə qədər məşğ etsəm də, özümü istədiyim kimi görə bilmirdim. Mən də plastik əməliyyat etdirdim. Xanımlar 90-60-90 olmaq istəyir. Biz Aygün Kazımovadan stimul alırıq".
Bu sözləri rəqqasə Fatimə Fətəliyeva "MTV maqazin"ə açıqlamasında deyib. Sənətçi plastik əməliyyatla ombasını böyütdürən sənət adamlarını tənqid edib:
"İndikilərin ombası böyükdür, vaxt gələcək peşman olacaqlar. Neçəsi var ki, artıq peşman olub və gedib çıxartdırıb. Eləsi var ki, ombası çürümə verib. Neçə tanınmış simada belə olub, adlarını çəkməyəcəm. Deməsinlər ki, özün guya etməmisən? Mən 5 il əvvəl etdirdiyim əməliyyatı, bu gün formada saxlamaq üçün edirəm. Onları görəndə şoka düşürəm ki, necə belə gəzirlər? Göz qabağındadır, hər şey bayırda qalıb, pis görünür. Miqdarı var, belə bədən quruluşu düzəltməklə nə olur? Bu dəb də gedir. Hər zaman ətli olmuşam, onu isə formada saxlamışam. Amma gedib piy doldurmamışam".