Rauf Kingsley Türkiyənin ən məşhur fotoqrafı ilə alboma hazırlaşır!
Rauf Kingsley uzun müddət gözlənilən albomunun təqdimatı üçün İnstaqram hesabında yeni fotosessiyasından görüntülər paylaşıb.
Fotosessiya zamanı bir çox lüks brendin geyimlərini istifadə edən Kingsley çəkimləri Türkiyənin ən məşhur fotoqrafiya şirkətlərindən biri olan CesX ilə birlikdə gerçəkləşdirilib. Bu proyektdə sənətçi qaranlıq, sirrli və eqoist obraza bürünüb.
Qısa müddətdə yerli bazarda məşhurlaşdıqdan sonra hərkəsin ağlında bir çox sual yarada bilən Rauf Kingsley bu albomun uğurunu sübut edəcəyinə əmindir. Musiqisinin keyfiyyəti üçün həm maddi, həm də mənəvi olaraq böyük əmək sərf edən pop ulduzunun məqsədi sadəcə Azərbaycanda yox, bütün dünyada tanınmaqdır.
Bundan başqa, Kingsley İnstaqram hekayələrində tez-tez Istanbul, Nyu-York və Londonda görünüb. Görünən odur ki, sənətçi albom üçün qlobal professionallarla işləyir.