Sosial şəbəkə fenomeni Bayram Nurlunun nişanlanma xəbəri uzun müddətdir sosial mediada müzakirə olunur.
Bir dəfə təxirə düşən nişan nəhayət bu ay baş tutacaq. Əldə etdiyimiz məlumata görə, nişan bu ayın 27-də Bodrumda baş tutacaq.
Artıq bir neçə yaxın adama dəvətnamələr göndərilib. Qayınatası iş adamı dostlarını övladının xeyir işinə dəvət etmək istəsə də, Bayramın buna razı olmadığı deyilir. Belə ki, Bayram nişanında az adamın olmasını xahiş edib. O, qayınatasının sözünü də yerə salmayıb və toyda istənilən qədər qonaq çağıra biləcəyini deyib.
Qeyd edək ki, ötən il Bayram Nurlunun ailəsində baş verən bədbəxt hadisəyə görə nişan təxirə salınıb.