
Xalq artisti Mələkxanım Əyyubovanın oğlu Nicat Azərbaycan Diplomatik Akademiyasına (ADA) qəbul olub.
Bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat verib.
"Canım Nicatım 2 gün əvvəl məzun oldu və bu gün biz öyrəndik ki, ADA-ya qəbul olub. Oğlum, səni təbrik edirəm. Həmişə uğurlarınla bizi sevindirəsən" deyə Əyyubova paylaşımında yazıb. Qeyd edək ki, Xalq artisti Məleykə Əsədovanın qızı Gülər də sözügedən Universitetin tələbə adını qazanıb.