Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Prezident Roza Zərgərlinin oğluna mənzil verib

Prezident Roza Zərgərlinin oğluna mənzil verib

Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor oğlu Corc Qafarova Prezident İlham Əliyev mənzil verib.

Bu haqda Corc sosial şəbəkədə paylaşım edib. O, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təqdim etdiyi sənədin fotosunu yayımlayıb.

"Cənab Prezident İlham Əliyevin verdiyi sərəncamla mənzillə təmin olundum. Buna görə dövlət başçımıza sonsuz təşəkkürümü bildirirəm" deyə, Corc paylaşımına yazıb.

Qeyd edək ki, Corc və qardaşı Jerar anasını itirdikdən sonra 2 saylı uşaq evində qalıb. Daha sonra müğənni Roza Zərgərli onları övladlığa götürüb.