Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Pandemiyada SMS yazıb evdən çıxmaq məni sındırdı” - Çimnaz EFİRDƏ AĞLADI

“Pandemiyada SMS yazıb evdən çıxmaq məni sındırdı” - Çimnaz EFİRDƏ AĞLADI

“Pandemiya məni çox dəyişdi. Ömür boyu azadlığım üçün mübarizə apardım. Koronavirus bizim azadlığımızı əlimizdə aldı. Azadlığı sevən qadınam. “Olar bunu edim?” üçün heç kimdən icazə almıram. Bir o məcburiyyətində qaldım ki, “sms” yazıb, icazə alıb, evdən çıxırdım. Bu məni sındırdı”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Vicdan haqqı” serialında “Larisa” obrazı ilə məşhurlaşan aktrisa Çimnaz Sultanova qonaq olduğu “Xəbər-ətər” səhər şousunda deyib. 

Pandemiyada ailəsinin yaxın üzvlərini itirən aktrisa onların yoxluğu ilə barışa bilmədiyini söyləyərək, göz yaşlarına hakim olmayıb. 

“Pandemiyada itkilər çox oldu. Koronavirus o qədər insanları apardı ki,... Başa düşürsən ki, həyat bir gündür və o da bu gündür. Ailəmdə itkilər çox oldu. Bu bir il ərzində yaxınlarımı itirdim. Cavan bibim qızı, bibim, bibimin həyat yoldaşı, əmim rəhmətə getdi. 
Bu həyat əlbəttə ki dəyişəcək. Mən bibimin qızının məzarına indiyə kimi getməmişəm (ağlayır). İnanmıram ki, o oradadır. Buna inanmaq istəmirəm. Qəbir daşını görmək istəmirəm. Çünki inanmıram ki o, artıq bizimlə deyil. Çünki onun ölümü ilə barışa bilmirəm. Bir ildir ki, ya şam, ya da ki, gecə lampası yandırıb yatıram ki, qaranlıqda qalmayım. Onları itkisi ilə barışa bilmirəm”.