Timişoarada (Rumıniya) çoxdan gözlənilən "Most Fashionable Awards 2022" keçirilib.
SHOWNEWS.AZ xəbər verir ki, model Rəna Sultanova gecədə “Best Socialite” mükafatına layiq görülüb! Mükafatın bütün nominantlarının və qonaqlarının getdiyi "Grand Opera" Timişoarada qırmızı xalça üzərində çəkiliş aparmaq üçün onlarla media nümayəndəsi yer alıb.
Qeyd edək ki, tədbir "Wold Beauty Congress"in təşkilatçılığı ilə baş tutub. Sözügedən konqress xeyli sayda dünya şöhrətli siyasi və ictimai xadimlərin dəstəyini alır: onlardan biri də - “Nobel ailəsi” təşkilatına 30 ildən artıq rəhbərlik etmiş professor Maykl Nobeldir.
R.Sultanova Azərbaycanı layiqincə dünyada tanıtmaq üçün hazır olduğunu vurğulayıb.