Müğənni Rəqsanə İsmayılova oğlu Məhəmməd Əlinin kiçik toyuna gələn qonaqlar üçün dress-kod təyin edib.
Məclisdə iştirak edənlərin mavi, bəyaz və ya qızılı rəngdə geyimlərdən istifadə etməsi tələb olunub. Həmin rəng libaslarda gəlməyən qonaqlar isə buraxılmayacaq. Sözügedən mərasim bu ayın 25-i baş tutacaq.
Qeyd edək ki, Rəqsanənin qızı Aysun İsmayılova bir müddət əvvəl kiçik toyun mediaya qapalı olacağını bildirmişdi.