Türkan Vəlizadə Xalq artisti Tünzalə Ağayevanın onu tənqid etməsinə "Şourum" verilişində münasibət bildirib.
"Bu gün bu janrda oxumaq olar. Mən estrada mahnıları da ifa etmişəm. Heyfslənirəm ki, nə qədər estrada mahnılarım var. Onu Tünzalə Ağayeva və başqalarına göstərməliyəm ki, oxuyuram. Bizim estrada mahnılarımızı dinləsinlər. Onun fikrinə böyük kimi hörmət edirəm, amma razılaşmıram. Onun oxuduğu janr tamaşaçıları tərəfindən sevilir. Bizimkilər də bizim tamaşaçılar tərəfindən dinlənilir. Hər kəs pul qazanır, ailəsinə baxır.
Əgər eyni tədbirlərdə, el şənliklərində Xalq artistləri yarım saatlıq gəlir, onların çıxışından sonra mikrofonu mən götürüb davam edirəmsə, eyni şou-biznesdəyik".
Qeyd edək ki, Tünzalə Türkanın ünvanına "Sənət əsəri deyilən musiqidən söhbət gedir. Bu, sənət əsəri ola bilməz. Hamı nəsə çəkir TikTok-da məşhur olur. Belə gənclərin başının üstündə yaxşı musiqi prodüseri olmalıdır. Bazarı onlar istiqamətləndirməməlidir. Mən publikanın diqtə etdiyini etməli deyiləm. Onunki musiqi prodüseri deyil, alverçidir. Burger hazırlayır və yeyir. Üzülürəm gözəl səsi olanlar yanlış yollara gedir. Elə insanların mənim kimi insana ehtiyacı var, gəlsin" sözlərini söyləyib.