"Bir onu bilin ki, necə Mətanət İskəndərli oğlunu müdafitə edir, onun övladı onun üçün övladdır, mənim övladlarım da mənim üçün qiymətlidir. Heç kim balalarımı məndən ala bilməz".
Bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana sosial şəbəkə hesabında yazıb. O, müğənninin gəlini ilə görüntüsünü yayımlayaraq bunları əlavə edib:
"Heç kim onları kiminsə yanında başıaşağı edə bilməz. Ali Məhkəməninin qərarının təsdiqlənməsini gözləyirəm. Mənə istədikləri qədər zərbə vursunlar, sonradan gəlmiş gəlini narahat olmasın deyə, mənim üç uşağım anası ilə küçələrdə görüşməyəcək. Ana onların ayağına gedəcək, bunu qarşı tərəf bilsin. Yalnız müvəqqəti nənəsiylə qala bilər deyə, barışığa imza atmışam, ögey ana ilə yox. Üstümə istəyir min polis çağır Mətanət İskəndərli, bil ki, balalarımı sizlərə verməyəcəm. Barışığa da balalrıma görə getdim. Təki onlara xoş olsun. Bilin ki, dəyməzmiş. Siz heç bir zaman sözünüzün üstündə duran qadın deyilsiniz. Zamana buraxıram, mənə etdiklərinizin hesabını Allah verəcək. Ana ilə balanın arasına girənin cəzası böyükdür".
Qeyd edək ki, Canana M.İsgəndərlinin oğlu Kərimlə ötən ilin oktyabrında boşanıb. Cütlüyün 3 övladı var. Uşaqlar məhkəmə qərarı ilə ataya verilib. Daha sonra apellyasiya məhkəməsi uşaqları anaya verib. Qarşı tərəf Ali Məhkəməyə müraciət edib. Hakim yenidən uşaqların qəyyumluğunu anaya verib.