
Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canananın (Aynur Həmidova) evindən oğurluq edən şəxs tapılaraq, polis tərəfindən saxlanılıb.
Bizim.Media-nın əməkdaşı Canana ilə əlaqə saxlayıb.
O, faktı təsdiqləyib.
Qeyd edək ki, iyulun 15-də Canananın kirayədə yaşadığı evindən oğurluq olub. Hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Həmin görüntüləri Canana sosial şəbəkə hesabında paylaşaraq, oğruların tapılmasında köməklik istəyib.