Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İlkin Həsəninin DİN-ə şikayət etdiyi şəxs Ləman Süleymanova imiş - QALMAQAL BÖYÜDÜ

İlkin Həsəninin DİN-ə şikayət etdiyi şəxs Ləman Süleymanova imiş - QALMAQAL BÖYÜDÜ

Dünən aparıcı İlkin Həsəni həyat yoldaşını təhqir edən xanımla bağlı DİN-ə video-müraciət ünvanlamışdı. Məlum olub ki, həmin xanım dietoloq Ləman Süleymanovadır.

Bu gün Ləman Süleymanova da instaqram hesabı vasitəsilə Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.

Dietoloqun sözlərinə görə, iki ay əvvəl bir xanım yolun ortasında fotosessiya edirdi:

“Mən avtomobilimə əyləşmək istəyəndə ondan xahiş etdim ki, mənə icazə verin. Xanım isə məni küçə söyüşləri ilə təhqir etməyə başladı. İki ay boyunca mənə şantaj xarakterli zənglər olunub. Dünən öyrəndim ki, həmin xanım İlkin Həsəninin həyat yoldaşı Aysel Həsəni imiş. Belə ki, dünən mənə zəng olundu və özünü polis kimi təqdim edən şəxs məni 37-ci Polis Bölməsinə dəvət etdi. Lakin həmin şəxş özünü təqdim etmədi. Daha sonra məlum oldu ki, həmin şəxs polis adı ilə İlkin Həsəni imiş”.

L.Süleymanova bildirib ki, ona təzyiq olunmağa başlayıb:

“Tələb edirəm bu iş məhkəməyə göndərilsin. Kim günahkardırsa, kim təhqir edibsə qanun qarşısında cəzalandırılsın”.

Qeyd edək ki, dünən aparıcı İlkin Həsəninin müraciətindən sonra DİN-in Mətbuat Xidmətindən bildirib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.