Xalq artisti Emin Ağalarov rusiyalı jurnalist Nadejda Streltsovayanın "Стрелец-Молодец" yutub kanalına müsahibə verib.
Axşam.az xəbər verir ki, ifaçı müsahibəsi əsnasında həyat yoldaşı Alyona Qavrilova ilə münasibətlərinə ikinci bir şans verməkdən, hazırda Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar yaranan sanksiyalardan və biznesindən danışıb.
"Brendlərin 80-90%-i bağlanıb: bəziləri bazarı tərk edib, bəziləri isə gözləmə mövqeyi tutub. "H&M", "Zara" və "Chanel" hələ də Rusiya bazarındakı mağazaları üçün kirayə haqqını ödəyirlər. Hələlik vəziyyət asan deyil. Xarici konsertlər ləğv olunduğu üçün zallar və sərgi kompleksləri də eyni vəziyyətdədir. Bir çox müəssisələr büdcələrini azaldıblar. Buna baxmayaraq, biz inkişaf etdirməyə və yeni obyektlər açmağa davam edirik" deyə, Emin bildirib.
İfaçı uçuş qiymətlərinin bahalaşmasına da toxunub:
"Təyyarədə sifarişli oturacaqlarda uçmaq çox bahalaşıb, indi ancaq biznes-klassdır. Bu yaxınlarda ekonomklasla uçuş etdim. Ümumən əvvəl necə idimsə, indi də elə yaşayıram. Gündəlik həyatda hər şey sabitdir, bəzi bizneslər risk altındadır".
Emin Alyona ilə yenidən bir araya gəlməsi barəsində isə bu sözləri deyib:
"Yenə bir yerdəyik. Eyni çaya istədiyiniz qədər girə bilərsiniz. Artıq bir ildən çoxdur ki, barışmışıq. İndi əsas məqsədlərdən biri uşaqlarla daha çox vaxt keçirtməkdir, çünki düşünürəm onlar mənim diqqətimdən məhrumdurlar. Üç övladım Bakıda məktəbə gedir, biri isə hazırda Alyona və mənimlə yaşayır. Biz böyük, mehriban ailəyik. Bu yaxınlarda istirahətə getdik. Alyona və birinci həyat yoldaşım Leyla Əliyeva da orada idi. Onlar mənsiz də ünsiyyət qururlar. Hər kəsin dostluq münasibəti var. Bunun baş verdiyinə şadam".
Müğənni atası Araz Ağalarovla həyat yoldaşının danışmadığını etiraf edib:
"O, (red. atasını nəzərdə tutur) bizim toyumuzda iştirak etmədi. Salam-sağolları var. Ümumilikdə heç bir əlaqələri yoxdur. Bizim ailədə hər kəs özü qərar verir. Əgər kimsə bir şeylə razılaşmırsa, deməli bu, həmin qərarı alanın problemidir... Hər kəs öz bildiyini edir.
Atamla isti münasibətim var. Əgər həyat yoldaşımla münasibəti yoxdursa, bu problem deyil. Hər bir insan sevdiyi həyatı yaşamalı və öz əməlinə görə məsuliyyət daşımalıdır".
O, övladlarının gələcək planlarına qarışıb-qarışmadığı ilə bağlı sualı isə belə cavablandırıb:
"Uşaqlarımın həyatında müsbət rol oynamaq istərdim: Onlar hansı peşəni seçsələr həmişə dəstək olacağam. Hazırda onları hansısa yolla süni şəkildə məhdudlaşdırmağa çalışıram, amma bu məndə çox da yaxşı alınmır".