Xəbər verdiyimiz kimi, sosial şəbəkə fenomeni Bayram Nurlunun sabah baş tutmalı olan nişan mərasimi baş tutmayacaq. Bu haqda "Yenisabah" xəbər dərc edib.
Məsələ ilə bağlı Bayram açıqlama verib. O, sabah nişan mərasiminin baş tutacağını deyib:
"Çox həyəcanlıyam. Sabah nişanım baş tutacaq. Mediada yayılan xəbərlər yalandır. Heç kəs bizim ailəmizin xoşbəxtliyinə kölgə sala bilməz. Qaynatam da, qaynanam da yayılan xəbərlərə çox üzülüblər. Bunu kimsə sifarişlə edib. Onsuz bizim paxıllığımızı çəkənlər çoxdur".