
Müğənni Zeynəb Həsəninin səhhətində ciddi problem aşkarlanıb.
Sənətçi vəziyyətinin ağır olması ilə əlaqədar qardaş ölkə Türkiyəyə yollanıb.
Zeynəb sosial şəbəkə hesabında xəstəxananın palatasından fotosunu yayımlayıb.
Həsəni şəkilə “Allahın izni ilə sən mənə yox, mən sənə qalib gələcəm”, - deyə Zeynəb yazıb.
Müğənninin paylaşımında yazdığı sözlərə diqqət yetirəndə onun xərçəngdən əziyyət çəkdiyi aydın sezilib.
Qeyd edək ki, Z.Həsənin anası Əminə xanım illər əvvəl bağırsaq xərçəngindən dünyasını dəyişib.