Sosial şəbəkə fenomeni Bayram Nurlu xəstəxanalıq olub.
Bu haqda Bayram özü sosial şəbəkə hesabında məlumat verib.
"Qızdırmam qalxdı. Halım birdən pisləşdi. Heç belə olmamışdım. Evdəkilər məni tez xəstəxanaya çatdırdı. Həkimlər müayinə etdi. İlkin tibbi yardım göstərildi. Gözlərimi belə aça bilmirdim".
Bayram bildirib ki, nişandan sonra gözə gəlib:
"Nişan xəbərim ölkə gündəminə səs saldı. Çoxu inanmırdı. Nişanımı görüb şok olanlar da az olmadı. Bəxtəvərlik oxuyanların, paxıllığımı çəkənlərin gözünə gəldim. Allah anamı mənə çox görməsin. Başımda pərvanə kimi dolanır. Onun sevgisi, şəfası əlləri məni tez sağaldacaq".