Aktrisa Sonaxanım Əliyevanın növbəti açıqlaması müzakirə yaradıb.
O, “Gəl danış” proqramında qonaq olarkən rayondan gələn vətəndaşlar haqda danışıb.
Aktrisa deyib ki, bölgələrdən Bakıya gələnlərin 90 faizi avarlıq edir:
“Rayonlarda yaşayan cavanlar, qızlı-oğlanlı elə bilirlər ki, Bakıya bal yaxıblar. Artıq Bakıda özümüzə nəfəs almağa hava qalmayıb. Həddindən artıq çoxdur. Onlar işləməkdən çox avaralıq edirlər. Bölgələrdən gələnlər nə işlə məşğuldurlar? Onların 90 faizi belədir”.