Müğənni Roza Zərgərli “Muhteşem yüzyıl” serialından ona təklif gəldiyini açıqlayıb.
Bu barədə o, “Tam vaxtıdır” verilişində danışıb.
Zərgərli deyib ki, bu, illər əvvəl baş verib:
“Məni “Muhteşem Yüzyıl” serialına dəvət etdilər. İbrahim Paşanın sultanını oynayacaqdım. Keçmiş həyat yoldaşım icazə vermədi, çünki 6 ay orada qalmalı idim. İmtina etdim. Sonra deyirdim, yaxşı elədim. Amma serial dünyaya çıxdı. Hər baxanda ağlayırdım”.
Qeyd edək ki, serialda Okan Yalabıkın canlandırdığı İbrahim paşa ilə evli olan Hatice sultanı Selma Ergeç oynayıb.