
Amerikada yaşayan müvəqqəti olaraq Azərbaycana gələn Rauf Kingsley yeni musiqi leyblını təqdim etdi! Sənətçi "Kingsley Records" adı altında yeni musiqi leyblını təqdim edib. Bir çox yerli və xarici profesionalları öz şirkətinə cəlb etməklə yanaşı, digər layihələrə sponsor olaraq diqqətləri "Kingsley Records"un üzərinə çəkməyi bacarıb. "Kingsley Records" İnstaqram hesabındakı açıqlamalarında 18-24 yaş aralığında olan Pop və Hip-hop janrlarının nümayəndələrini axtardıqlarını bildirib. Məqsədlərinin isə gənc istedadları önə çıxarmaq olduğunu ifadə edən musiqi leyblı ölkədə incəsənət çevrilişi yarada bildirib. Xatırlamayanlar üçün qeyd edək ki, Rauf Kingsley Birləşmiş Ştatlardan təhsilini təzəlikcə bitirib gəlmiş və gəldiyi müddət ərzində bütün ölkədə səs yarada bilmişdir. Qayıtdıqdan sonra Azərbaycanda yazdığı ilk trek olan "6 AM" ilə dinlənmə rekordları qırmış, izləyici kütləsini isə bir neçə mislinə artırmışdır. Hal-hazırda albom üzərində işlədiyini bildirən sənətçidən yaxın zamanda böyük işlər gözlənilir.