“Soy” prodakşnın rəhbəri Oqtay Əliyev və teleaparıcı Kamran Həsənli arasında qalmaqal yaranıb.
OLAY yazır ki, buna səbəb Həsənlinin “İndi peşəkar televiziya işçisi yox səviyyəsindədir” açıqlaması olub.
O. Əliyev aparıcının bu fikrini sərt tənqid edib. O, sosial şəbəkədə şərh yazaraq “Televiziyaya “düşük”lüyü gətirən indi nədən danışır. Zəhmət çək, gəl, sənə peşəkarlığın nə olduğunu aladım”, - deyə, bildirib.