"Mənzurə atanı çox istəyirdi. O öləndən sonra aylarla özünə gələ bilmədi".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayevanın bacısı "1 Dəqiqə" verilişinə açıqlamasında deyib. O, ifaçının ailəsinin dağılmasından danışıb:
"Mənzurə 27 yaşına qədər çəkdiyini-çəkdi. Ailə onda alınmadı. Amma elə-belə o, hamıdan xoşbəxt idi. Övlad sahibi olmaq istəyirdi, alınmadı, olmadı. Həkim ona demişdi ki, övladınız olmayacaq. Problem həyat yoldaşında idi. Sonra da heç kimi sevə bilmədi. Bədbəxt olmasının günahkarı özüdür".
Mənzurə yenidən ailə həyatı qurmamasına münasibət bildirib:
"Allah mənə belə qismət yazıb. Boşandıqdan sonra yenə ailə qurmaq üçün çalışdım. Həyat yoldaşımdan ayrıldıqdan sonra, evlilik təklifləri çox almışam. Mənə elə gəlir ki, bu, Allahın qismətidir, icazə vermədi ki, yenidən ailə qurum".
İfaçı xəstəlikdən əziyyət çəkən atasının son günlərini isə belə təsvir edib:
"Atam şəkər xəstəsi idi. Barmağının biri bir az qaralmışdı. İnanmazdıq ki, onun ayağını kəsərlər. Əvvəl barmağını, sonra isə ayağını dizindən kəsdilər. O anları yenidən yada salmaq belə istəmirəm. Atam sanki altı ay o dünyadan danışdı. Elə düşünürdü ki, ayağı üstündədir. Ayağa qalxıb, gəzmək istəyirdi, amma qalxanda yıxıldı".