Müğənni Madonna "Paper" jurnalı üçün obyektiv qarşısına keçib və müsahibə verib.
Axşam.az xəbər verir ki, sənətçi insanlara qarşı təxribat etməyi xoşladığını bildirib, həmçinin musiqisinin məqsədi barədə danışıb.
Fotolarda 64 yaşlı müğənni çəhrayı parikdə poza verib, model Endryu Darneli öpərək bədənini göstərib. Bəzi fotolarda Madonna şəffaf boz köynəkdə və qara korsetdə görünüb, boynunda olan kütləvi zinət əşyaları obrazı tamamlayıb. Digər kadrlarda müğənni torlu taytlarda və platforma ayaqqabılarında görünüb.
"Mən buna cansıxıcılıq deməzdim, buna maraq deyərdim - insanları təhrik edib ayıltmaq istəyi. Özümü təkrarlamağa nifrət edirəm. Məqsədim musiqisi ilə qadınları gücləndirməkdir. Qadınlara təbliğ edirəm ki, kişilərlə yaşamaq önəmli deyil" deyə, Madonna vurğulayıb.