"Çörəyi ver çörəkçiyə. Təsadüfi müğənnilər doludur. Camaat axmaqdır gedib 4-5 il konservatoriya, universitet bitirir. Təsadüfi adamlar gəlib aktyorluqla məşğul olurlar: bilmir komediya, yumor oynayır. Janr nədir bilmirlər, gəlib aktyorluq edirlər".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vahid Əliyev "Gəl danış" proqramında deyib. Aktyor incəsənət aləmindəki vəziyyətdən gileylənib:
"Bu gün Azərbaycan xalqının incəsənət sahəsində zövqü aşağı, primitivdir. Təsadüfi müğənnilər, musiqiçilər, aktyorlar aktyorluq edir. Tamaşaçı onlara baxanda hansı işin sahibi olacaq? Seriallarda yeni aktyorlara baxıram, onlar oynayır, yaşamırlar".
Aktyor daha sonra qadın-kişi münasibətlərindən söz açıb:
"Ağzından yumşaq olan kişiyə hörmətsizlik olur. Dmirəm əl qaldırın. Qadına əl qaldıran kişi acizdir. Amma hərdən xarakterini qadına göstərməlisən ki, mən varam sən kimsən?".