Müğənni Aysun İsmayılova həyat yoldaşı Eşqin Cəlilovla haqqında çıxan ayrılıq iddialarına aydınlıq gətirib.
SHOWNEWS.AZ xəbər verir ki, sənətçi Eşqinlə birgə fotosunu paylaşaraq “Deyirlər, ayrılmışıq. Diliniz qurusun” sözlərini yazıb.
Cəlilov da öz növbəsində “Arzusu ürəyində qalan çox olacaq, qoy desinlər”, - deyə, paylaşım edib.
Qeyd edək ki, cütlük bu ilin iyununda evlənib.