Türkiyənin məşhur müğənnisi Gülşən həbs edilib.
Türkiyə mediasının xəbərinə görə, prokurorluğa verdiyi ifadədən sonra İstanbul Sülh Cəza Hakimliyinə köçürülən Gülşən Çolakoğlu orada sorğu-sual edildikdən sonra həbs olunaraq Bakırköy qadın həbsxanasına göndərilib.
Xatırladaq ki, Gülşən konsertində İmam Hatip tərəfdarlarını hədəf alan sözlərindən sonra saxlanılmışdı. O, "xalqı kin və düşmənçiliyə hərriketmə və ya aşağlama" maddəsilə həbs olunub.