Müğənni Şəbnəm Qəhrəmanova bu gün təcili xəstəxanaya yerləşdirilib. Müğənninin anidən ürəyi tutub. Təcili Tibbi Yardım ilkin müayinədən sonra müğənni xəstəxanaya yerləşdirilib.
SHOWNEWS.AZ-a danışan sənətçinin meneceri Paşa bildirib ki, Ş. Qəhrəmanova aritmiyadan əziyyət çəkir. Bundan müalicə alır. Hadisənin isə anidən baş verdiyini açıqladı:
"Nə olduğunu anlamadıq. Anidən yıxıldı. Elə bildik ürək döyüntüsü artıb. Gördük vəziyyət o deyil. Təcili yardım çağırdıq. Onlar isə ilkin tibbi yardım göstərdikdən sonra təcili xəstəxanaya aparmalı olduqlarını bildirdilər. Hamıdan xahiş edirəm, dua etsin. Çox narahatıq. Qucağında azyaşlı körpəsi var".