Xalq artisti Gülyaz Məmmədova bacısı, Gülyanaq Məmmədovanın Özbəkistanın Xalq artisti fəxri adı alması ilə bağlı danışıb.
Sənətçi OLAY-a özəl açıqlamasında bu durumdan fərəhli olduğunu bildirib:
“Bacımı təbrik edirəm. Onun uğurlarına çox sevinirəm. Gülyanaq xanım ötən illərdə Özbəkistanda konsertlər verdi. Hər gedişində 7-8 konsert verirdi. Bunların Cənab Prezident tərəfindən mükafatlandırılması təqdirəlayiqdir. Bacımdır deyə demirəm. Çünki gördüm ki, çox ürəkaçan, zövqoxşayan konsert vermişdi. O vaxtlar Zeynəb Xanlarova SSRİ-də Özbəkistanın Xalq artisti idi. İndi Azərbaycandan ilk Gülyanaq xanımdır”.