Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Səidə Sultanı sevdiyi şəxsdən ayırdılar - "Allah onlara lənət eləsin" - VİDEO

Müğənni Səidə Sultan illərdir yaşadığı sevgisinin ətrafdakı insanlara görə dağıldığını etiraf edib.
Səidə Sultanı sevdiyi şəxsdən ayırdılar  - "Allah onlara lənət eləsin" - VİDEO

SHOWNEWS.AZ xəbər verir ki, bu haqda "ATV Maqazin onlarla" verilişinə danışan Səidə Sultan sevgisinə görə hər addımı atdığını bildirib:

 

"Hər şeyimi verdim. Heç bir qızın etmədiyi şeyləri etdim. Amma nə olsun? Sonu istədiyim kimi olmadı. Eybi yox, mən ərə gedəcəyəm. Amma mən elə-belə oğlana gedə bilmərəm. Mən yaxşı oğlana ərə gedəcəyəm. Eybi yox. Mən pisəmsə, siz yaxşı olun.  Nə edə bilərdim? Arxasınca düşüb ağlayan deyildim ki... ".

 

Yaşadığı nakam sevgidən danışan sənətçi ətrafdakıların onun seviginə maneə olduğunu gizlətməyib:

 

"Sevirsən, oğlanın ətrafındakılar düşünür ki, bu yaxşı oğlandır. Niyə bu cür oğlan Səidəni alsın. Amma bunu edən düşünmür ki, onun da qızı var. Və o qız böyüyəndə necə olacaq. İllərlə münasibətimiz var idi. Təəssüf ki, sevgidə cılız insanlar mənim qarşıma çıxır. Sevir amma ətrafdakılara, cəmiyyətə görə qorxur və cılızlaşır. Allah belə ətrafa lənət eləsin. Mən sevgidən ötrü canımı da verərəm. Bilsəm ölərəm, yenə də sonuna kimi gedərəm, of da demərəm. Qadını yaxşı edən də kişidir, pis yola salan da kişidir. əgər qadın pis yola düşübsə, onu o yola salan elə kişidir. Xoşbəxtdirsə, deməli onu xoşbəxt edən kişidir.