Əməkdar artist Cavanşir Məmmədov cavan qalmasının sirrini bölüşüb.
“Xəbər-ətər” verilişində qonaq olan sənətçi bunu həyat yoldaşına borclu olduğunu bildirib:
“Biri var həyat yoldaşı, biri də var həyət yoldaşı. Biz hər ikisindənik. Həm dostuq, həm də həyatda 40 ildir ki, bərabər yaşayırıq. Çox vaxt soruşurlar ki, necə cavan qalmısan? Xanımım yaxşı xidmət edib, ona görə də belə cavan qalmışam. Çox həssas adamam. Tək həyat yoldaşıma deyil, eyni zamanda ailəmə xidmət edirəm”.
Qeyd edək ki, C.Məmmədovun 68 yaşı var.