Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rusiyanı Avroviziyada azərbaycanlı müğənni təmsil edə bilər - KİRKOROVDAN TƏKLİF

Rusiyanı Avroviziyada azərbaycanlı müğənni təmsil edə bilər - KİRKOROVDAN TƏKLİF

Rusiyanın Xalq artisti Filipp Kirkorov azərbaycanlı müğənni Conini (Cahid Hüseynli) "Avroviziya" beynəlxalq mahnı yarışmasına göndərməyi təklif edib.

Axşam.az xəbər verir ki, o, ifaçının müsabiqənin qalibi ola biləcəyinə əmin olduğunu vurğulayıb:

“Bu gün Coni mənim üçün yeni nəslin sənətçisi kimi bir nömrədir. Nədənsə əminəm ki, əgər nə vaxtsa Coni müsabiqəyə getsə, “Avroviziya”nı ölkəsinə gətirəcək”.

Qeyd edək ki, Coni həm Azərbaycandan, həm də Rusiyadan müsabiqə ilə bağlı bir neçə dəfə təklif alıb və imtina edib. Onun belə bir müsabiqədə iştirak etməkdə maraqlı olmadığı ilə bağlı reper Bahh Tee (Bəxtiyar Əliyev) açıqlama verib. Tee bu təkliflərin dəqiq nə vaxt edildiyini açıqlamamışdı.