Xalq artisti Əminə Yusifqızının səhhəti pisləşib, o, qida qəbul edə bilmir.
Bu barədə “Report”a aktrisanın özü məlumat verib.
85 yaşlı sənətçi bir neçə gündür səhhətində problemlərin yarandığını və özünü yaxşı hiss etmədiyini bildirib. O, səhhətindəki problemlərlə əlaqədar artıq bir həftədir yemək yeyə bilmədiyini vurğulayıb.
Qeyd edək ki, “Şöhrət” ordenli aktrisa və qiraətçi Əminə Yusifqızı “Şərikli çörək”, “Sən nə üçün susursan?”, “Bizim küçənin uşaqları”, “Musiqi müəllimi” kimi onlarla filmdə və televiziya tamaşalarında rol alıb.